XAN SARAYI TARİX-MEMARLIQ MUZEY KOMPLEKSİ

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Memarlıq üslubu ilə seçilən Xan Sarayı yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Ümumi sahəsi 382 kvadratmetr olan Xan Sarayını XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirmişdir. Şərq memarlıq üslubunda tikilmiş Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur.

Xan Sarayı 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bərpa olunmuşdur. Burada Naxçıvan xanlarına məxsus eksponatlar qorunub saxlanılır.Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, Naxçıvan xanlığının xəritəsi də nümayiş etdirilir.

keyboard_arrow_up
Warning: Unknown: open(/home/www/virtualnakhchivan/tmp/sess_m61n3e8mfa8dbh8i98uk9l0jj6, O_RDWR) failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/www/virtualnakhchivan/tmp) in Unknown on line 0