Şərq hamamı şəhərin mərkəzində, “Təbriz” mehmanxanasının qarşısında, Dədə Qorqud meydanında yerləşir. Yerli əhali bu hamamı Naxçıvan xanları nəslindən olan İsmayıl xanın şərəfinə “İsmayıl xan hamamı” da adlandırır. Şərq hamamı Naxçıvan əhalisinin həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə də çevrilmişdir.
XVIII əsrdə Şərq memarlıq üslubunda inşa edilən hamam binası giriş, xidmət zalı, çarhovuzlu yuyunma salonu, xəzinə və ocaqxanadan ibarətdir.
Hamam 2005-ci ildə əsaslı təmir və bərpa edilmişdir.