Naxçıvan Universiteti

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

"Naxçıvan" Universiteti 1999-cu ildən ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən ilk özəl ali təhsil ocağıdır.

Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir. Hazırda universitetin 1000 nəfərə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Onların sırasında elmlər doktorları, professorlar, dosentlər vardır.

Universitet zəngin maddi-texniki bazaya malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınmışdır. Arxitektura baxımından mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.

Elektron zalları, zəngin kitab fondu olan elmi kitabxana, yaraşıqlı idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir.

Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəlxalq təhsil təşkilatının üzvüdür. Beynəlxalq proqramlarda və layihələrdə iştirak edir.

keyboard_arrow_up