NAXÇIVAN DÖVLƏT XALÇA MUZEYİ

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Naxçıvan Dövlət Xalça Muzeyi 1998-ci ildə yaradılmış, 2010-cu ildə yeni bina ilə təmin olunmuşdur. Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilmiş, saytda muzeyi virtual ziyarət etməyə imkan yaradılmışdır. Muzeyin fondunda Naxçıvan xalçaçılıq məktəbinin müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş nümunələri qorunub saxlanılır. Ekspozisiyada nümayiş etdirilən məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri tamaşaçıda Naxçıvan xalçaçılıq məktəbi haqqında dolğun təsəvvür yaradır.

Muzeyin ekspozisiyasında Naxçıvan xalçaçılıq məktəbinə aid xalçalarla yanaşı, həmçinin cəhrə, yun darağı, ilmə bıçağı kimi toxuculuq alət və vasitələri, bədii tikmə və parça nümunələri, dekorativ-tətbiqi sənət əsərləri və digər maddi-mədəniyyət nümunələri nümayiş etdirilir.

keyboard_arrow_up
Warning: Unknown: open(/home/www/virtualnakhchivan/tmp/sess_v3o5d9rj3shqlmic6hqbcc0kv3, O_RDWR) failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/www/virtualnakhchivan/tmp) in Unknown on line 0