Məqbərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məzarı üzərində tikilmiş, ətrafında park salınmışdır. Məqbərə üst və aşağı sərdabə hissələrindən ibarətdir. Məqbərənin daxilində Hüseyn Cavidin büstü qoyulmuşdur. Məqbərədə Hüseyn Cavidlə yanaşı onun ailə üzvləri - həyat yoldaşı Müşgünaz Cavid, oğlu Ərtoğrol Cavid və qızı Turan Cavid də dəfn olunub.