Naxçıvanın ən qədim tarixə malik özünəməxsus və təkrarsız abidələri içərisində “Əshabi-Kəhf” ziyarətgahının xüsusi yeri vardır. “Əshabi-Kəhf”dən dünya müsəlmanlarının dini kitabı olan “Quran”ın “Əl-kəhf” (“Mağara”) adlı 18-ci surəsində ayrıca bəhs olunması bu qədim ziyarətgahın “Quran”a qədərki dövrdə tanınmasının və məşhurlaşmasının daha bir sübutudur.
Ziyarətgahda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 1998-ci il tarixli Sərəncamına əsasən abadlıq və bərpa işləri aparılmış, zəvvarlar üçün daha əlverişli şərat yaradılmışdır. Hər il bu ziyarətgaha xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaqlar gəlir.