ƏLİNCƏQALA

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Culfa rayonunda Əlincəçayın sağ sahilində, hündürlüyü 1700 metrə çatan Əlincə dağın üzərində yerləşən “Əlincəqala” ən qədim müdafiə və yaşayış yerlərindən biridir. “Əlincəqala”nın adı çəkilən ən qədim mənbələrdən biri “Kitabi-Dədə Qorqud” dastanıdır. “Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə, 14 il ərzində Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir.

Möhkəm divarlar və bürclərlə əhatə olunmuş “Əlincəqala”da yaşayış evləri, təsərrüfat binaları, qalaya gedən yolların üstündə mühafizə məqsədi ilə səngər və bürclər tikilmişdir. Qalanın müxtəlif yerlərində qaya üzərində su hovuzları qazılmış, xüsusi arxlar çapılmışdır. “Əlincəqala”nın divarları və qalada olan tikililər əcdadlarımıza xas olan qədim tikinti mədəniyyətini günümüzə qədər gətirib çıxartmışdır. Orta əsrlər zamanı “Əlincəqala”da Azərbaycanın ayrı-ayrı dövlətlərinin zərbxanaları yerləşmiş və burada müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa edilmiş, muzey yaradılmış və qalanın keçmiş əzəməti özünə qaytarılmışdır.

keyboard_arrow_up
Warning: Unknown: open(/home/www/virtualnakhchivan/tmp/sess_fut0j30qdhkupjvu1h8birdi92, O_RDWR) failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/www/virtualnakhchivan/tmp) in Unknown on line 0