Duzdağ Hotel

Virtual Səyahət
Video Qalareya
Məkanın xəritədə yeri

Duzdağ massivində yerləşən “Duzdağ” oteli Naxçıvan Beynəlxalq Hava Limanına 18 km, Naxçıvan şəhərinin mərkəzinə 10 km, Duzdağ Fizioterapiya Mərkəzinə isə 2 km məsafədə yerləşir. Əsrarəngiz gözəlliyə malik olan “Duzdağ" oteldə tariximizin zənginliyini, incisini əks etdirən guşə öz əksini tapmış, burada Duz Muzeyi yaradılmışdır. 6 mərtəbədən ibarət “Duzdağ” oteldə 151 otaq fəaliyyət göstərir. 100 standart, 8 suit, 35 kiçik suit, 1 kral dairəsi, 7 villa qonaqların yüksək rahatlığına xidmət edir. Qonaqların istirahətlərinin xoş və mənalı keçirilməsi üçün otaqlara son model avadanlıqlarla birgə, televizor, telefon xətti, sürətli Wİ-Fİ internet xətti, mini bar, SPA və Fitness mərkəzi, stolüstü oyunlar mini futbol və tennis, basketbol meydançası, geniş aqua park, milli olimpiya hovuz və s. qonaqların xidmətinə verilmişdir. Sifarişlərlə əlaqədar, hava limanından qarşılanma, şəhərin görməli yerlərinə şəhər turu, tarixi və dini abidələrə, təbiət qoruqlarına səyahət xidməti də göstərilir. Zəngin menyusu, yüksək servisi ilə açıq bufe, ləziz təamları ilə yanaşı, dünya mətbəxinin də nadir inciləri burada təklif olunur. Həyətyanı sahədə yerləşən 300 nəfərdən çox tutum həcminə malik olan “Duzdağ” restoranı toy, nişan məclislərinin, ad günlərinin, yubileylərin, əlamətdar günlərin, tədbirlərin, əyləncəli gecələrin keçirilməsində əhalinin və qonaqların xidmətindədir. “Duzdağ” otelinin aqua park, ərazisi həyətyanı sahəsində yay mövsümü üçün nəzərdə tutulmuş açıq səma konsertlərinin, əyləncəli gecələrin, tədbirlərin keçirilməsi üçün möhtəşəm səhnə istifadəyə verilmişdir. Yerli və xarici müğənnilərin konsertlərinin, rəngarəng çıxışlarının gözəlliyi, insanların istirahətində və əhval-ruhiyyəsində böyük əhəmiyyət kəsb edir. “Duzdağ” otel balaca sakinlərin əylənməsi üçün də lazımi avadnıqlalarla təchiz edilmişdir. Bununla yanaşı “Duzdağ” otelin “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə məqsədilə müraciət edən xəstələr üçün də geniş şərait yaradılmış, burada fəaliyyət göstərən professional həkim müayinəsinin təyinatı əsasında müalicələrin qəbul edilməsi işi həyata keçirilir. Təyin olunmuş müalicələr əsasında oteldən birbaşa “Duzdağ” Fizioterapiya Mərkəzinə servis xidmətləri göstərilir. Maşınların saxlanılması üçün və mühafizəçilər tərəfindən qorunan 24 saat park xidməti fəaliyyətdədir. 

keyboard_arrow_up