Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən mərkəz 250 çarpayılıqdır. Mərkəzin yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Şəhər Mərkəzindən “Duzdağ” Fizioterapiya Mərkəzinə - 9.8 km-dir, Xəstəxana ilə Duz mədən arası məsafə isə - 2.4 km-dir. Bronxial astma, allergik-infeksion pered-astma, xroniki bronxit, polinozlardan əziyyət çəkən xəstələr Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunurlar.
Yeraltı şöbənin mikroiqlimi aşağıdakı kimidir:
Temperatur - 18-20 C
Atmosfer təzyiqi - 750 mm.c.st
Nisbi rütubət 24-50%
Hava axını sürəti 0,1 m/s
Oksigen 20%
Zəhərləyici qaz yoxdur.