Muzey Azərbaycan Respublikası Prezidentinin 31 dekabr 1998-ci il tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi Şərq memarlıq üslubunda tikilmiş 19-cu əsrə aid evdə yaradılmışdır.
Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilir.Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus məişət əşyaları, o cümlədən müasirlərinə aid sənədlər, Cəlil Məmmədquluzadənin mütaliə etdiyi klassiklərin əsərləri muzeyin eksponatları sırasındadır.