Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar parkının yaradılması haqqında” 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən yaradılmışdır. Burada görkəmli rəssam Bəhruz Kəngərlinin abidəsi ucaldılmışdır. Parkda açıq havada rəssamların işləməsi üçün hər cür şərait yaradılmışdır.